Kanada — viza dəstəyi

Viza dəstəyi

Kanada vizası

Visitor Visa (TRV) üçün onlayn profil yaradılması, sənədlərin yüklənməsi və biometrik randevunun təşkili. 10 illik çoxgirişli viza imkanı.

Kanada

Emal müddəti: 4–10 həftə

Emal müddəti

4–10 həftə

Xidmət haqqı

280 AZN (konsulluq rüsumu ayrıca)

Uğur faizi

82%

Viza növləri

  • Visitor Visa (TRV)

    Turizm və qohum ziyarəti üçün. Adətən pasportun etibarlılıq müddətinə qədər, maksimum 10 il müddətinə verilir.

    Müddət
    4–10 həftə
    Rüsum
    100 CAD + 85 CAD biometrik
  • Super Visa (valideynlər üçün)

    Kanada vətəndaşı və ya daimi sakininin valideyn və nənə-babaları üçün. Hər girişdə 5 ilə qədər qalma hüququ verir.

    Müddət
    8–14 həftə
    Rüsum
    100 CAD + 85 CAD biometrik
  • Study Permit

    Kanada təhsil müəssisəsinə qəbul olunmuş tələbələr üçün. Qəbul məktubu və GIC hesabı tələb olunur.

    Müddət
    6–12 həftə
    Rüsum
    150 CAD + 85 CAD biometrik

Kanada vizası üçün tələb olunan sənədlər

  • Xarici pasport

    Ən azı 6 ay etibarlı; bütün səhifələrin skanı yüklənir.

  • Rəqəmsal foto

    Biometrik standartlara uyğun, son 6 ayda çəkilmiş.

  • Onlayn anket (IMM 5257)

    Sistemdə doldurulur və elektron imzalanır.

  • Bank çıxarışı (6 ay)

    Sabit gəlir və səyahət üçün kifayət edən qalıq.

  • İş və gəlir sənədləri

    Arayış, əmək müqaviləsi və ya sahibkarlıq qeydiyyatı.

  • Səyahət planı

    Uçuş rezervasiyası, otel bronu və gündəlik marşrut.

  • Səyahət məqsədi məktubu

    Letter of Explanation — fərdi hazırlanır.

  • Dəvətnaməəlavə

    Kanadadakı qohum və ya dostdan; onun statusunu təsdiqləyən sənədlə.

  • Əmlak sənədləriəlavə

    Ölkəyə bağlılığı gücləndirən daşınmaz əmlak sənədləri.

Müraciət prosesi

  1. 1

    Məlumatları doldurun

    Sadə formu doldurub müraciətinizi başladın.

  2. 2

    Sənədləri təqdim edin

    Tələb olunan sənədlərin siyahısını sizə göndəririk.

  3. 3

    Müraciət prosesi

    Anketi hazırlayır, randevunu təşkil edirik.

  4. 4

    Nəticə alın

    Vizanız hazır olduqda dərhal sizə xəbər veririk.

82%

uğurlu nəticə

Kanada istiqamətində sənədləri tələblərə tam uyğun hazırlayırıq.

Xidmət haqqında

Onlayn müraciət sistemi

Kanada vizası tamamilə onlayn müraciət sistemi üzərindən rəsmiləşdirilir. IRCC portalında şəxsi hesab yaradılır və bütün sənədlər rəqəmsal formada yüklənir.

Rüsum ödənişindən sonra biometrik məlumat üçün dəvət məktubu gəlir; barmaq izi viza mərkəzində verilir.

Səyahət məqsədi məktubu

Kanada müraciətlərində "Letter of Explanation" mühüm rol oynayır. Bu məktubda səyahət məqsədi, marşrut, xərclərin necə qarşılanacağı və ölkəyə qayıtma səbəbləri izah olunur.

Məktubu sizin şəxsi vəziyyətinizə uyğun biz hazırlayırıq — şablon mətn imtina riskini artırır.

Kanada vizası üzrə suallar

Dəvət məktubu gəldikdən sonra biometrik məlumat Bakıdakı viza mərkəzində verilir. Biometrik məlumat 10 il müddətində etibarlıdır.

Müraciət

Kanada vizası üçün müraciət edin

Formu doldurun — sənəd siyahısını, dəqiq qiyməti və randevu variantlarını sizə göndərək.

Viza dəstəyi

Kanada vizası üçün müraciət

Məlumatlarınızı qeyd edin, menecerimiz 15 dəqiqə ərzində sizinlə əlaqə saxlasın.

Siyahıda yoxdursa “Digər ölkə” seçin.

Təxmini tarix də kifayətdir

Əksər ölkələr ən azı 6 ay etibarlılıq tələb edir

Əlaqə məlumatları

Təklifi sizə çatdıra bilməyimiz üçün lazımdır.

Ölkə kodu ilə yazın — nümunə: +994 55 446 54 45

İstəyə bağlıdır

Sorğu pulsuzdur və heç bir öhdəlik yaratmır. İş saatlarında 15 dəqiqə ərzində cavab veririk.